• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad olunmuş ərazilərdə bərpa koordinasiyalı şəkildə aparılır - Vahid Hacıyev

İşğaldan azad olunmuş ərazilərdə bərpa koordinasiyalı şəkildə aparılır - Vahid Hacıyev
19.05.2026 10:44

İşğaldan azad olunmuş ərazilərdə minlərlə evin tikintisi, eləcə də səhiyyə, təhsil və nəqliyyat infrastrukturunun yaradılması böyük vaxt və resurs tələb edir. Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, doğma torpaqlarına qayıtmağı gözləyən keçmiş məcburi köçkünlər prosesin daha sürətli həyata keçirilməsini istəyirlər.

“Bir evin tikintisinin nə qədər vaxt apardığını hamımız bilirik. Təsəvvür edin ki, məcburi köçkünlər üçün minlərlə ev tikilməli, eyni zamanda səhiyyə sistemi, məktəblər, yollar, dəmir yolları və digər vacib infrastruktur yaradılmalıdır. Bu proses vaxt tələb edir, amma insanlar öz doğma torpaqlarına mümkün qədər tez qayıtmaq istəyirlər”, -  o qeyd edib.

Hacıyev bildirib ki, hökumət bu səbəbdən operativ və koordinasiyalı yanaşma tətbiq edir.

“Biz bütün dövlət qurumlarını bir araya gətirən institusional çərçivə yaratmışıq. Bu mexanizm şəhər və kəndlərin harada və necə qurulacağını təhlil edir, bütün fəaliyyətləri koordinasiya edir. Son illərdə həyata keçirilən işlərin əsasında da məhz bu yanaşma dayanır”, - o əlavə edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol