• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı deputat: Dağ ərazilərinin inkişafı üçün vahid yanaşma vacibdir

Rusiyalı deputat: Dağ ərazilərinin inkişafı üçün vahid yanaşma vacibdir
20.05.2026 12:28

MDB məkanında dağ ərazilərinin inkişafı ilə bağlı vahid hüquqi yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bunu Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Aqrar məsələlər komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Aleksey Lavrinenko bildirib.

Onun sözlərinə görə, hazırda region ölkələrində “dağ ərazisi” anlayışına dair müxtəlif hüquqi təriflər mövcuddur.

Lavrinenko qeyd edib ki, Dağıstan Respublikasının 2010-cu il tarixli “Dağ əraziləri haqqında” qanununda və İnquşetiya Respublikasının 2016-cı il qanununda dağ əraziləri mürəkkəb relyefə malik, 25 kilometrlik radiusda 500 metr və daha yüksək yüksəklikdə yerləşən, eləcə də mütləq hündürlüyü 1000 metr və daha çox olan ərazilər kimi müəyyən edilir.

O əlavə edib ki, Şimali Osetiya-Alaniya Respublikasının 2019-cu il qanunvericiliyində isə dağ əraziləri mürəkkəb relyef, sərt iqlim şəraiti, məhdud nəqliyyat əlçatanlığı və xüsusi təsərrüfat fəaliyyəti şərtləri ilə xarakterizə olunan ərazilər kimi qəbul edilir.

Deputatın sözlərinə görə, dağ regionları yalnız ucqar yaşayış məntəqələri deyil, həm də mühüm strateji resurs hesab olunur.

“Bu ərazilər ekoloji təmiz kənd təsərrüfatı, turizm, su və enerji ehtiyatları baxımından böyük potensiala malikdir. Eyni zamanda burada yaşayan əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafın təmin olunması əsas prioritetlərdən biridir”, - Lavrinenko bildirib.

O vurğulayıb ki, MDB məkanında dağ ərazilərinin qorunması və inkişafı üzrə model qanunların hazırlanması dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol