• $
  • €
  • ₽
  • ₺
  • £

Bahar Muradova: Mənzil siyasəti gender bərabərliyi və qadınların təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır

Bahar Muradova: Mənzil siyasəti gender bərabərliyi və qadınların təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
22.05.2026 10:24

Mənzil siyasəti yalnız yaşayış sahəsinin təmin edilməsi deyil, həm də qadınların təhlükəsizliyi, sosial müdafiəsi və fundamental hüquqlarının qorunması məsələsidir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində keçirilən müzakirədə bildirib.

Onun sözlərinə görə, mənzil insan ləyaqəti, sağlamlıq, təhlükəsizlik və sosial inklüzivliyin əsas sütunlarından biridir. Lakin qlobal miqyasda sistemli problemlər milyonlarla insanın bu hüquqlardan tam istifadə etməsinə mane olur.
Muradova bildirib ki, qadın başçılıq etdiyi ailələr, məcburi köçkün qadınlar, yaşlı qadınlar, əlilliyi olan qadınlar və qeyri-formal məşğulluqda çalışan qadınlar daha böyük çətinliklərlə üzləşirlər.

“Gender əsaslı zorakılıq hallarında təhlükəsiz və adekvat mənzilin olmaması qadınları zorakı mühitdə qalmaq və ya evsiz qalmaq riski ilə üz-üzə qoyur,” - Muradova qeyd edib.

O vurğulayıb ki, gender-transformativ mənzil siyasətlərinin şəhərsalma strategiyalarına inteqrasiyası xüsusi aktuallıq kəsb edir.

Onun sözlərinə görə, formal olaraq gender baxımından neytral görünən siyasətlər praktikada hər zaman bərabər nəticələr vermir.

Muradova bildirib ki, siyasətlərin hazırlanması və icrası zamanı qadınların müxtəlif ehtiyacları və təcrübələri nəzərə alınmalı, milli, regional və yerli səviyyədə qadınların torpaq və mənzilə bərabər çıxışını təmin edən hüquqi və institusional mexanizmlər gücləndirilməlidir.

O əlavə edib ki, Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu sahədə əsas hüquqi çərçivə “Gender bərabərliyinin təminatları haqqında” qanundur.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol