• $
  • €
  • ₽
  • ₺
  • £

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
08.06.2026 20:12

Litva və Azərbaycan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.Bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vilnüsdə keçirilən məsləhətləşmələrdə Litvanın xarici işlər nazirinin müavini Audra Plepite və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak ediblər.

Tərəflər siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Avropa və Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Azərbaycanın regional proseslərdə rolu ətrafında fikir mübadiləsi aparılıb.

Litva tərəfi Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayaraq, regionda uzunmüddətli sabitliyə töhfə verəcək sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib.

Audra Plepite Azərbaycanın energetika sahəsində Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, Kiyevə davamlı və uzunmüddətli yardımın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması, həmçinin Avropada təhlükəsizlik və sabitliyin təmin olunması baxımından vacib olduğunu vurğulayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol