• $
  • €
  • ₽
  • ₺
  • £

İİB sədri: Azərbaycanın transformasiyası və inkişafı diqqət çəkən nümunədir

İİB sədri: Azərbaycanın transformasiyası və inkişafı diqqət çəkən nümunədir
18.06.2026 14:32

Azərbaycan, xüsusilə də Bakı şəhəri regionda inkişafın və transformasiyanın ən parlaq nümunələrindən biridir. Bu fikirləri İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş” zamanı səsləndirib.

Məhəmməd Süleyman Əl-Casir ailəsinin köklərinin qədim karvan ticarəti ənənələrinə bağlı olduğunu bildirərək, Bakıya səfəri çərçivəsində karvansarada keçirdiyi vaxtın ona əcdadlarını xatırlatdığını qeyd edib. Onun sözlərinə görə, bu cür tarixi məkanlar müxtəlif mədəniyyətlər arasında əlaqələrin möhkəmlənməsinə, həmçinin insanların rifahı və yoxsulluğun azaldılması istiqamətində göstərilən səylərin daha yaxşı dərk edilməsinə imkan yaradır.

İİB Qrupunun sədri Azərbaycanla münasibətlərinin uzun tarixə malik olduğunu vurğulayaraq, Beynəlxalq Valyuta Fondunda icraçı direktor kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın və digər MDB ölkələrinin quruma üzvlük prosesində iştirak etdiyini xatırladıb.

O bildirib ki, Səudiyyə Ərəbistanı hökumətinin tapşırığı əsasında həmin ölkələrin beynəlxalq maliyyə institutlarına inteqrasiyasına dəstək göstərib. Daha sonra İslam İnkişaf Bankı Qrupunun rəhbəri kimi dəfələrlə Bakıya səfər etdiyini qeyd edən Əl-Casir şəhərin son illərdə böyük dəyişikliklərə məruz qaldığını vurğulayıb.

“Bakının inkişafı və keçdiyi transformasiya aydın şəkildə hiss olunur. Şəhər sürətli tərəqqinin nümunəsinə çevrilib. Sovet dövrü artıq tarixdə qalıb və bu gün ölkənin inkişafı Azərbaycan xalqının öz idarəçiliyi altında gələcək nəsillərin rifahına xidmət edir”, – deyə İİB sədri bildirib.

Məhəmməd Süleyman Əl-Casir əlavə edib ki, Bakı və ümumilikdə Azərbaycan regionun inkişaf dinamikasını formalaşdıran və müsbət impuls verən ölkələr sırasında xüsusi yer tutur.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol