• $
  • €
  • ₽
  • ₺
  • £

Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir

Spiker tələbələri parlament jurnalistikasına cəlb etməyi təklif edir
19.06.2026 12:31

Müasir dövrün çağırışları yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib. 

Spiker qeyd edib ki, bu istiqamətdə Milli Məclisin aidiyyəti komitələri tərəfindən dinləmələrin təşkili də nəzərdən keçirilə bilər.

“Çağırışlar qarşısında yeni yanaşmalar ortaya qoymalıyıq. Zərurət yaranarsa, bununla bağlı komitə səviyyəsində dinləmələr də keçirilə bilər”, - o bildirib.

Sahibə Qafarova vurğulayıb ki, hər il müxtəlif ali təhsil müəssisələrinin tələbələri Milli Məclisə təcrübə keçmək üçün müraciət edirlər və bu təcrübə gənclərin peşəkar hazırlığı baxımından əhəmiyyətlidir.

“Bakı Dövlət Universiteti də daxil olmaqla müxtəlif universitetlərdən tələbələr staj keçmək üçün bizə müraciət edirlər. Hesab edirəm ki, jurnalistika fakültələrinin tələbələrinin də bu prosesdə daha fəal iştirakı faydalı olar”, – spiker qeyd edib.

Onun sözlərinə görə, parlamentdə fəaliyyət göstərən peşəkar jurnalistlər və media nümayəndələri tələbələrin praktiki biliklərinin artırılmasına töhfə verə bilər.

“Jurnalistika tələbələri parlament fəaliyyətini yaxından izləyə, burada çalışan peşəkar jurnalistlərlə əməkdaşlıq edə və ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində təcrübə qazana bilərlər”, –  Sahibə Qafarova əlavə edib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol