• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib

İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib
24.06.2026 15:07

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş başda olmaqla nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev TBMM sədrinin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı bildirib ki, gələcəkdə də Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur və İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Numan Kurtulmuş qəbula və konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkür edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını ifadə edib və öz salamlarının da Türkiyə liderinə çatdırılmasını xahiş edib.

Kurtulmuş Bakıda keçirilən konfransın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətin məzmununu yüksək qiymətləndirib.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin əsas siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Tərəflər iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd ediblər.

Söhbət zamanı Azərbaycan-Türkiyə tərəfdaşlığının Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Tərəflər həmçinin qanunverici orqanlar arasında əməkdaşlığın hazırkı vəziyyəti və onun daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol