• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ukrayna itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq memorandumu imzalayacaq

Azərbaycan və Ukrayna itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq memorandumu imzalayacaq
30.06.2026 11:37

İtkin düşmüş şəxslərlə bağlı təcrübə və bilik mübadiləsini təşviq etmək məqsədilə Ukraynanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması planlaşdırılır. 

bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Ceyhun Rzayev deyib. 

O bildirib ki, bu məsələ ilə bağlı ilkin müzakirələr 2025-ci il dekabrın 10-da Kiyevdə Beynəlxalq İnsan Hüquqları Konfransı çərçivəsində keçirilib: “Eyni zamanda Azərbaycan Respublikasının xarici işlər nazirinin tövsiyəsi əsasında Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprelində Bosniya və Herseqovinaya səfər edib. Səfərin məqsədi Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək olub. Bu təcrübə axtarış, qazıntı və eksqumasiya işləri baxımından faydalı hesab olunur. Bu prosesin nəticəsi olaraq, 2025-ci il oktyabrın 9-da Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlıq memorandumu imzalanıb”.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol