• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - Hikmət Hacıyev

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - Hikmət Hacıyev
13.07.2026 19:00

Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində deyib. 

Hacıyevin sözlərinə görə, Azərbaycanın əsas mesajı ölkənin sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanı olmasıdır.

"Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Azərbaycanla Aİ və onun üzv dövlətləri arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bir çox Aİ ölkəsi ilə ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - o bildirib.

Prezidentin köməkçisi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Aİ üçün strateji enerji təchizatçısı və əsas iqtisadi tərəfdaşlardan biridir.

"Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 70 faizi Aİ ölkələrinin payına düşür. Hesab edirik ki, Aİ, onun üzv dövlətləri və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur", - Hacıyev deyib.

Müsahibədə Hacıyev Şuşanın bərpası prosesinə də toxunub. O bildirib ki, şəhər təxminən 30 illik işğal dövründə demək olar ki, tamamilə dağıdılıb, lakin hazırda sürətli bərpa və yenidənqurma mərhələsini yaşayır.

"Analoji proseslər Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisində davam edir", - Prezidentin köməkçisi əlavə edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol