• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev: Azərbaycan mediası qlobal informasiya məkanında mövqelərini daha da genişləndirəcək

Hacıyev: Azərbaycan mediası qlobal informasiya məkanında mövqelərini daha da genişləndirəcək
22.07.2026 11:44

Milli media qlobal informasiya məkanında mövqelərini daha da möhkəmləndirəcək, eyni zamanda vətənpərvərliyin, milli həmrəyliyin gücləndirilməsi və milli maraqların müdafiəsinə töhfə verməyə davam edəcək. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə "X" sosial şəbəkəsində yazıb.

Hikmət Hacıyev bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatı dövlətçilik ideyalarına sədaqət və milli tərəqqi uğrunda mübarizənin mühüm nümunəsidir.

Onun sözlərinə görə, 1990-cı illərin ortalarından etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkədə söz və məlumat azadlığının, fikir plüralizminin təmin olunmasına, peşəkar medianın formalaşmasına zəmin yaradıb. Sonrakı dövrdə aparılan islahatlar isə Azərbaycan mediasının müasir çağırışlara uyğun inkişafını və beynəlxalq informasiya məkanında təsir imkanlarının genişlənməsini təmin edib.

Prezidentin köməkçisi qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və informasiya təxribatlarının ifşasında mühüm rol oynayıb.

Hikmət Hacıyev paylaşımında Prezident İlham Əliyevin Azərbaycan mediası ilə bağlı fikirlərinə də istinad edərək bildirib ki, milli media bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuz qazanıb və dövlət maraqlarının müdafiəsində mühüm rol oynayır.

O vurğulayıb ki, Azərbaycan mediası rəqəmsallaşma, süni intellekt və digər müasir texnologiyaların tətbiqinə uyğunlaşaraq fəaliyyətini inkişaf etdirir.

"Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda öz fəaliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin güclənməsi və milli maraqlarımızın müdafiəsi istiqamətində səylərini davam etdirəcək", - Hikmət Hacıyev qeyd edib.

Sonda Prezidentin köməkçisi Azərbaycan mediasını və jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol