• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Rusiyada Azərbaycan səfirliyinə qarşı təxribatı pislədi

XİN Rusiyada Azərbaycan səfirliyinə qarşı təxribatı pislədi
27.08.2026 15:52

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) avqustun 27-də Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkə əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyib. Bu barədə XİN-in məlumatında bildirilib.

Nazirlik qeyd edib ki, sözügedən təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan “çirkin və qərəzli kampaniyanın” tərkib hissəsi ola bilər.

“Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır”, - məlumatda vurğulanıb.

XİN bildirib ki, Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın səfirliyinin və əməkdaşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etməsi, həmçinin diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək təxribatların qarşısını alması gözlənilir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol