• $
  • €
  • ₽
  • ₺
  • £

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - yenilənib

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - yenilənib
31.08.2026 18:54

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Pezeşkian görüşdə İranın üzləşdiyi çətin vəziyyətdə Azərbaycanın göstərdiyi dəstəyi, verdiyi başsağlığını və humanitar yardımı yüksək qiymətləndirib və buna görə İlham Əliyevə təşəkkür edib.

İran Prezidenti iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirərək, Tehranının Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib.

Pezeşkian Azərbaycanla İran arasındakı münasibətlərin dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulayıb. O, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq niyyətində olduğunu qeyd edib.

İlham Əliyev isə Azərbaycanın İranın üzləşdiyi vəziyyətdə göstərdiyi dəstəyin qardaşlıq nümunəsi olduğunu bildirib.

Azərbaycan Prezidenti İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu deyib.

Görüşdə Azərbaycan-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Qırğızıstanın paytaxtı Bişkek şəhərində avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

17:09

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol