• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb
31.08.2026 22:30

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri Maria Benvinda Levi ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələr arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.

Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Spiker cari ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşünü xatırlayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Baş nazir Maria Benvinda Levi Mozambik və Azərbaycan arasında münasibətlərin mövcud vəziyyətindən razılıqla danışıb. O, mozambikli tələbələrin və diplomatların Azərbaycanda keçirilən proqramlarda iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyası dövründə də Mozambikə öz dəstəyini göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bir sıra mühüm məsələlərin müzakirəsi üçün mühüm platformadır və Mozambik də bu Şəbəkənin işində iştirak edir.

Görüşdə parlamentlərarası, təhsil, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol