• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib

Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib
18.09.2026 12:06

Azərbaycanda torpaqların laboratoriya analizinin baha olması kiçik fermerlərin əkin üçün uyğun məhsulu müəyyənləşdirməsini çətinləşdirir. Bunu  Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

“Fermerlər torpaq laboratoriyalarının qiymətlərinin baha olmasından şikayətlənirlər. Bu, kiçik fermerlərə torpaqlarını analiz etdirmək üçün heç bir şərait yaratmır”, - Paşazadə parlamentdə aqrar sahəyə dair qanun layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, torpaq analizindən keçməyən fermer hansı məhsulun yetişdirilməsi üçün əlverişli olduğunu müəyyənləşdirə bilmir və nəticədə maliyyə itkisi ilə üzləşir.

“Bir çox fermer laboratoriya analizi aparmadan torpağında hansı məhsulu yetişdirə biləcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Analizin qiyməti baha olduğuna görə vəsait ödəməkdən çəkinirlər, zərərini isə sonda özləri görürlər”, - deputat bildirib.

Paşazadə torpaq analizlərinin qiymətinə nəzarətin gücləndirilməsini və xidmətlərin kiçik təsərrüfatlar üçün əlçatan edilməsini təklif edib.

Deputat aqrar siyasətdə kiçik fermerlərin inkişafına ayrıca diqqət yetirilməli olduğunu da deyib.

“Kiçik fermer olmadan böyük fermer ola bilməz. O, əvvəlcə kiçik fermer olmalıdır ki, sonra böyüsün. Kiçik fermer yoxdursa, böyük fermer haradan yaranacaq?” - Paşazadə bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol