• $
  • €
  • ₽
  • ₺
  • £

Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunub

Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunub
05.05.2015 16:02
Roman Nəsirov bu vəzifəyə 67 namizədin arasından seçilib

Ukrayna Ali Radasının deputatı, parlamentin Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bu gün keçirilən növbədənkənar iclasında R. Nəsirovun Ukrayna Dövlət Fiskal Xidmətinin sədri təyin olunması haqqında qərar qəbul edilib. Konstantin Likarçuk və Sergey Bilan R. Nəsirovun müavinləri təyin olunublar.

Qeyd edək ki, Ukrayna hökuməti Dövlət Fiskal Xidmətinin sədrini müəyyənləşdirmək üçün müsabiqə keçirib. R. Nəsirov bu vəzifəyə 67 namizədin arasından seçilib.

Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra "Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol