Prezidentin 37 yaşlı oğlu deputat seçildi

10:46 | 30.03.2018
Prezidentin 37 yaşlı oğlu deputat seçildi

Prezidentin 37 yaşlı oğlu deputat seçildi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar ölkə parlamentinin deputatı seçilib.

AzVision.az xəbər verir ki, bu barədə rusdilli "Neytral Türkmənistan” nəşri məlumat yayıb. Məlumata əsasən, prezidentin oğlu namizədliyini "Duşak” adlı 25-ci seçki dairəsindən irəli sürüb.

Ümumilikdə, seçki dairəsindən seçici siyahısına 30316 nəfərin adı daxil edilib. Deputat mandatı uğrunda Berdiməhəmmədovun oğlu ilə yanaşı Kaka rayonunda yerləşən 10 saylı orta məktəbinin təlim-tərbiyə üzrə direktorunun müavini Oğulceren Qurdov da mübarizə aparıb. 

Seçkilərdə Sərdar Berdiməhəmmədov 25700 seçicinin (91,42%), Oğulceren Qurdov isə 2412 seçicinin (8,85%) səsini toplayıb.

Qeyd edək ki, Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, S. Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetində təhsil alıb. İxtisasca mühəndis-texnoloqdur. 2008-2011-ci illərdə Rusiya XİN-in Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsil alıb. O, 2011-2013-cü illərdə Cenevrədə Siyasi Təhlükəsizlik Mərkəzində oxuyub, Avropa və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis adını qazanıb. 

Xatırladaq ki, Türkmənistanda parlament seçkiləri martın 25-də keçirilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM