Putin yenidən razılıq verdi - Rusiya bazarında qiymətlər enəcək

22:20 | 10.10.2016
Putin yenidən razılıq verdi - Rusiya bazarında qiymətlər enəcək

Putin yenidən razılıq verdi - Rusiya bazarında qiymətlər enəcək

"Bu gün Rusiya hökuməti mühüm qərar qəbul edib. Türkiyədən gətirilən və məhdudiyyəti olan bir sıra meyvə-tərəvəz, o cümlədən, kənd təsərrüfatı məhsullarının yenidən idxalına başlanılacaq”.
 
ANN.AZ "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı Vladimir Putin məlumat verib. Putin bildirib ki, xüsusilə sitrus meyvələri və meyvə-tərəvəz, eləcə də, kənd təsərrüfatı məhsulları yenidən Rusiya bazarına çıxarılacaq. Bu, qarşılıqlı razılaşma əsasında baş verəcək:
 
"Çünki Rusiyadakı əkinçilik sektoru bu cür kənd təsərrüfatı məhsulları istehsal edə bilmir. Türkiyədən Rusiyaya idxal edildikdə, Rusiya bazarında qiymətlər aşağı düşəcək”.

Kamil ƏMİRLİ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM