“Qara bazar”da dollar alveri canlanıb

17:39 | 19.08.2016
“Qara bazar”da dollar alveri canlanıb

“Qara bazar”da dollar alveri canlanıb

Dolların satış kursu 1,6850 - 1,6855 manat arasında dəyişir.

Dollara tələbin artması nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində "qara bazar”da canlanma müşahidə olunur. 

Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında "qara bazar” istifadəçilərinin sayını artırır. 

ANN.Az-ın məlumatına görə, Fins.az-ın apardığı qısa araşdırmaya görə, dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlər "qara bazar”da dollar alveri aktivləşib. 

Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər. 

"Qara bazar”dan əldə etdiyimiz məlumata əsasən, bu gün orada dolların satış kursu 1,6850  - 1,6855 manat arasında dəyişir və dollar dəyişmək üçün hər hansı limit də yoxdur. 

Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərti ilə, maksimum qiymət 1,6852 manatdır. Əksər banklar isə bunları daha ucuz məzənnə ilə mübadilə edirlər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının "qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu qol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalırlar.

İndiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər, eyni zamnada "qara bazar”la mübarizə aparmaq məcburiyyətindədir.

Ancaq qeyri-rəsmi olaraq, o da məlumdur ki, "qara bazar”ın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar  göstərir ki, indi "qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM