Qeydiyyatdan keçmiş pensiyaçıların sayı açıqlanıb

12:36 | 19.03.2024
Qeydiyyatdan keçmiş pensiyaçıların sayı açıqlanıb

Qeydiyyatdan keçmiş pensiyaçıların sayı açıqlanıb

2024-cü ilin yanvarın 1-i vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondundan 1096,0 min pensiyaçı qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 min pensiyaçı azdır. Bu barədə Dövlət Statista Komitəsi məlumat yayıb. 
 
Bildirilib ki, hesabat dövründə qeydiyyatdan keçən pensiyaçıların sayı ölkə əhalisinin 10,8%-ni təşkil edir. 
 
Qeydiyyatdan keçmiş pensiyaçıların 64%-i yaşa, 23,6%-i əlilliyə, 12,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır. 
 
Hesabat dövründə təyin olunmuş aylıq pensiyaların orta məbləği 441,3 manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18, 6% çoxdur və orta aylıq əməkhaqqının 47,3%-nə bərbərdir. 
 
Cari ilin iki ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlilik təyin olunub. 
 
Yanvarda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsait 661 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% və ya 84,6 milyon manat çoxdur. 

2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Qanunla 6,5 milyard manat vəsait ayrılıb. 
 
2024-cü il yanvarın 1-dən etibarən Prezidentin sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
 
 Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb