Qeyri-neft sektorunda istehsal artıb

11:11 | 25.03.2016
Qeyri-neft sektorunda istehsal artıb

Qeyri-neft sektorunda istehsal artıb

2016-cı ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,1 faiz azalaraq 4,3 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb. Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma, 29,4 faizi emal, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,1 faiz olub.

Ümumi istehsalın 85,6 faizi sənaye məhsulunun istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM