Referendum Yunanıstana nə verə bilər? - Fotolar

12:25 | 04.07.2015
Referendum Yunanıstana nə verə bilər? - Fotolar

Referendum Yunanıstana nə verə bilər? - Fotolar

Yunanıstanda ölkəyə beynəlxalq maliyyə dəstəyi ilə bağlı keçiriləcək referendum öncəsi rəqib tərəflər Afinada yürüş keçirməyə hazırlaşırlar.

ANS PRESS-in məlumatına görə, referendumda "Hə” və "Yox” tərəfdarları referendum öncəsi seçiciləri inandırmağa çalışır və müvafiq şüarların olduğu plakatları yayırlar.

Baş nazir Aleksis Tsiprasın "Yox” kampaniyasını dəstəkləmək üçün yürüşdə iştirak edəcəyi gözlənilir. Tsipras bildirib ki, "Yox” nəticəsi kreditorlarla "daha yaxşı razılaşmaya” aparacaq. "Əgər "Yox” səsi qazanarsa və yetərincə güclü olarsa, sizi əmin edirəm ki, növbəti gün Brüsseldə olacam və razılaşma imzalanacaq”- deyə Tsipras bildirir.

Onun opponentləri isə baş nazirin səhv etdiyinə inandıqlarını bildiriblər. Bu arada Aİ liderləri xəbərdarlıq edib ki, "Yox” nəticəsi Yunanıstanın avrozonanı tərk etməsinə səbəb ola bilər.

Ethnos qəzetində dərc edilmiş sorğunun nəticələrinə görə isə "Hə” tərəfdarları az fərqlə öndədir. Sorğu iştirakçılarının 44.8 faizi "Hə”, 43.4 faizi isə "Yox” deyəcəyini bildirib.

Yunanıstanın iqtisadiyyatı, yeni fondlardan məhrum olduğu üçün, daha da pisləşib. Banklar bağlanıb və nəğd çıxarmalarına məhdudiyyət qoyulub. Yunanıstan aylardır ki, kreditorlar ilə çıxış yolu tapa bilmir, lakin yalnız keçən həftə referendumun keçiriləcəyini elan edib. Yunanıstanın ali məhkəməsi, Dövlət Şurası, isə bazar günü keçiriləcək referendumun konstitusiyaya zidd olub-olmadığına qərar verəcək.
 














































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM