Rəsmi Ankara: ABŞ vədlərinə əməl etmir

21:18 | 24.01.2018
Rəsmi Ankara: ABŞ vədlərinə əməl etmir

Rəsmi Ankara: ABŞ vədlərinə əməl etmir

ABŞ-ın ata biləcəyi va atması lazım bilinən vacib bir addım var: o da son iki ildə PYD/YPG-yə  göndərdiyi bütün silahları onlardan geri almaqdır.

Anews.az Tükiyənin NTV kanalına istinadən xəbər verir ki, bunu CNN International-a açıqlamasında Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Əslində PYD/YPG-yə hərbi dəstəyin verilməsi İŞİD-lə mübarizə çərçivəsində belə demək mümkünsə, məqbul sayılırdı. Bizə də dəfələrlə "İŞİD təhdidi ortadan qalxdıqdan sonra PYD/YPG-yə  hərbi dəstək verilməyəcək” - dedilər. Artıq İŞİD təhdidi aqradan qaldırılıb. Ancaq təəssüflər olsun ki, hərbi-əsgəri yardım, silah- sursatlar PYD/YPG-yə getməkdə, göndərilməkdə  davam edir. Burada soruşulması lazım bilinən sual  budur: Nədən  hələ də onları dəstəkləyirsiniz? İŞİD təhdidi artıq yoxdur. Bu silahları bizə və ya ərəblərə, türkmənlərə  və  digər suriyalılara qarşı istifadə etməyəcəklərini haradan və necə bilirsiniz?. ABŞ çoxlu vədlər verib, lakin onların heç birinə əməl etməyib” - deyə, Kalın daha sonra sözlərinə əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM