Sabah bu ərazilərdə su olmayacaq

18:05 | 12.05.2016
Sabah bu ərazilərdə su olmayacaq

Sabah bu ərazilərdə su olmayacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar 13 may 2016-cı il tarixində saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 13 may 2016-cı il tarixində 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM