Sərt qapanma ehtimalı gözlənilir? - Operativ qərargah rəsmisindən AÇIQLAMA/VİDEO

12:33 | 29.10.2021
Sərt qapanma ehtimalı gözlənilir?   -  Operativ qərargah rəsmisindən AÇIQLAMA/VİDEO

Sərt qapanma ehtimalı gözlənilir? - Operativ qərargah rəsmisindən AÇIQLAMA/VİDEO

"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenidən qapanmalar olmasın".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.

"Qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanlarının həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükəyə məruz qalmaması üçün istifadə oluna bilər", - deyə komitə sədrinin müavini əlavə edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb