"Survivor"a qatılan məşhur idmançılar faciəli şəkildə həlak oldu - FOTOLAR

13:21 | 10.03.2015

"Survivor"a qatılan məşhur idmançılar faciəli şəkildə həlak oldu - FOTOLAR

Məşhur "Survivor" verilişinə çəkilmək istəyən 8 Fransa vətəndaşı və 2 argentinalı pilot faciəli şəkildə həlak olub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə Argentinanın paytaxtı Buenos Ayresin 1170 kilometr şimali-qərbində Villa Kastelli bölgəsində baş verib. Proqramın çəkilişləri sırasında iki helikopter bilinməyən səbəblər üzündən havada bir-birinə çırpılıb və yerə düşüb. Hadisə nəticəsində sağ qalan olmayıb və 10 nəfər həlak olub.

Helikopterlər Fransanın "Survivor" ("Dropped") proqramının çəkiliş heyətini və yarışa qatılan vətəndaşları daşıyırmış. Həlak olanlar arasında tanınmış şəxslər də var: uzun məsafə üzrə avarçəkmə idmançısı Florens Arthaud, olimpiya qalibi, üzgüçü Camille Muffat, Olimpiya qalibi, boksçu Alexis Vastine.
 
Artıq hadisə ilə bağlı Fransa prezidenti Fransua Olland ilk açıqlamasını verib: "Fransa vətəndaşlarınını ani ölümü böyük bir kədərə səbəb oldu".

Qəzanın səbəbləri hələ bilinmir. Rəsmilər hadisənin baş veridyi ərazidə hava şəraitinin yaxşı olduğunu bildirib.

ANN.Az

 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb