Tanınmış aktyor Əjdər Zeynalovun doğum günüdür - Fotolar

14:22 | 04.07.2015
Tanınmış aktyor Əjdər Zeynalovun doğum günüdür - Fotolar

Tanınmış aktyor Əjdər Zeynalovun doğum günüdür - Fotolar

Bu gün tanınmış aktyor Əjdər Zeynalovun doğum günüdür.
 
Heç bir fəxri adı olmasa da, oynadığı rollarla tamaşaçılar tərəfindən böyük sevgi və rəğbət qazanan Əjdər Zeynalov mənfi obrazlaların mahir ifaçısı kimi tanınır. Çox vaxt onu bu məharətinə görə Xalq artisti, böyük və ustad sənətkar Məlik Dadaşovla müqayisə edirlər.
 
Qeyd edək ki, Ə. Zeynalov 4 iyul 1964-cü ildə Qərbi Azərbaycanın Zəngibasar-Uluxanlı mahalının Qaraqışlaq kəndində anadan olub. 1982-88-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu” fakültəsində oxuyub. 1989-cu ildən bu günə qədər İrəvan Dövlət Azərbaycan Dram Teatrında yüksək dərəcəli aktyor kimi fəaliyyətini davam etdirir. Bu illər ərzində o, 70-dən çox əsərdə 100-dən çox obraz yaratmışdır. "Qəzəlxan” filmi ilə kino sahəsində də fəaliyyətə başlayan aktyor "Qisas almadan ölmə!” (Alman), "İtirilmiş həqiqət” (türmə rəisi),"Dolu” (Levon) və hal-hazırda montajda olan "Xeyirlə şərin rəqsi” filmlərində Zinur obrazlarını canlandırmışdır. "Toy gecəsi” bədii televiziya serialında oynadığı Aslan obrazıyla daha da populyarlaşan Ə. Zeynalov "Aramızda qalsın”, "Ləkə”, "Həyat varsa”, "Həyat çiçəyi”, "Muradına çatan günəş”, "Qisas”, "Tufanlı səma”, "Göyçək Fatimə”, "Tək olanda qorxma”, "Qanun naminə”, "Çaqqal nəfəsi”, "Səni ürəyim sevdi”, "Ağ ölümün kölgəsində” və başqa seriallarda da dolğun obrazlar yaradıb. "Mən təntənəni və təmtərağı xoşlamıram. Yəqin ki, ad günümü də yaxınlarımla birgə sadə şəkildə qeyd edəcəyəm”, - deyə Ə. Zeynalov bildirib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb