Tarixin ən qəribə 5 əmanəti: Eynşteynin gözləri, Qalileyin barmağı... - FOTOLAR

11:44 | 17.09.2016
Tarixin ən qəribə 5 əmanəti:  Eynşteynin gözləri, Qalileyin barmağı... - FOTOLAR

Tarixin ən qəribə 5 əmanəti: Eynşteynin gözləri, Qalileyin barmağı... - FOTOLAR

Din üçün mühüm önəm daşıyan insanların qalıqları hər zaman müqəddəs əmanət sayılaraq qorunub saxlanıb.

Həmin qalıqların olduğu yerlər müqəddəs sayılır, hətta ona toxunmaq və hüzurunda dua etmək üçün ziyarətlər də edilir. Buna misal olaraq Buddanın dişinin Şri-Lankada, Məhəmməd peyğəmbərin saqqalının İstanbulda Topqapı Sarayında, İsa peyğəmbərin göbək kəsintisinin Romada saxlandığını göstərmək olar.

Amma bu qalıqların qorunub saxlanması təkcə dində deyil, tarixi şəxsiyyətlərin də qalıqları bəzən mühafizə olunur, hətta sərgiyə də çıxarılır.

ANN.Az tarix boyu qorunub saxlanılan 5 ən qəribə əmanəti təqdim edir: 

Qalileyin barmağı

İtaliya 2010-cu ildə tarixin ən qəribə tapıntılarından birinə şahid oldu. Renessans dövrü astronomu və fiziki Qalileo Qalileyin baş barmağı və orta barmağı tapıldı. Tapıntı "Florensiya Elm Tarixi Müzeyi" tərəfindən satın alındı. Hal-hazırda müzeydə saxlanılır.



Eynşteynin gözləri

Məşhur fizik Albert Eynşteynin gözləri 1955-ci ildə ölümündən sonra götürülərək saxlanılır. Hal-hazırda Nyu-Yorkda xüsusi seyfdə qorunur. Nobel mükafatçısının beyni araşdırılmaq üçün çıxarılan zaman gözləri də çıxarılıb və göz həkimi Henry Abramsa verilmişdi.



Napoleonun cinsiyyət orqanı

Fransa imperatoru Napoleon Bonapartın 1821-ci ildə Müqəddəs Yelena adasında ölümündən sonra ingilis cərrah tərəfindən cinsiyyət orqanının kəsildiyi iddia olunur. Bu cür qalıqlar hər kəs üçün açıq muzeylərdə sərgilənmir. Şəxsi olaraq saxlanılır.



Edisonun son nəfəsi

ABŞ-da "Henri Ford Müzeyi"ndə qapalı bir qabda bir çox kəşfləri ilə tarixə düşən Tomas Edisonun son nəfəsi saxlanılır. Edison 1931-ci ildə Nyu-Cersidə öldüyü zaman həkimi onun son nəfəsinin qaba yığaraq saxlayıb.



Panço Vilyanın şəhadət barmağı

2011-ci ildə ABŞ-ın Texas ştatında bir dükançı qəribə bir tapıntı əldə etdiyini iddia etdi. Bu tapıntının meksikalı inqilabçı Panço Vilyanın şəhadət barmağı olduğu iddia olunurdu.

Vilyanı sağ halda tutmaq asan olmamışdı. Öldüyü zaman da bədənini tam olaraq ələ keçirə bilməmişdilər.

Tofiq Əli

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb