Tovuzda polislər qəzaya düşdü

12:11 | 30.08.2017
Tovuzda polislər qəzaya düşdü

Tovuzda polislər qəzaya düşdü

Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Anews.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Hadisə avtomobilin sürətlə hərəkətdə olarkən işıq dirəyinə çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM