Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşdü - Video

22:57 | 21.07.2015
Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşdü - Video

Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşdü - Video

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda araşdırmalar apardıqdan sonra helikopterlər Adıyaman rayonuna gələn baş nazir Əhməd Davudoğlunun maşın karvanı qəzaya düşüb. 

ANS PRESS-in məlumatına görə, baş nazir burada yeni əsgərlərin hərbi xidmətə yola salmaq üçün təşkil edilən mərasimdə iştirak etdikdən sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına yola düşüb. O xəstəxanada 2 yaralı hərbiçini ziyarət etmək istəyib.


Əhməd Davudoğlu hərbiçiləri ziyarət etməyə gedərkən

Davudoğlunun konvoyunda olan avtomobillərdən biri təcili tibbi yardım maşını ilə toqquşub.

Qəza nəticəsində iki polis əməkdaşı yaralanıb. Onlardan birinin adı məlum olmasa da digərinin adı Sadullah Ergindir.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən yaralı polislərə edilən ilk tibbi yardımdan sonra onlar təcili yardım maşını ilə Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb