Türkiyə Gürcüstanı NATO-ya dəvət edir

15:10 | 20.04.2016
Türkiyə Gürcüstanı NATO-ya dəvət edir

Türkiyə Gürcüstanı NATO-ya dəvət edir

"Texniki olaraq bu, tamamən mümkündür”.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu may ayında NATO ölkələrinin XİN rəhbərlərinin iclasında Gürcüstanın lazımi Əməliyyat proqramı keçmədən alyansa qəbul edilməsi məsələsini qaldıracaq.

Oxu.Az Rosbalta istinadən xəbər verir ki, bu barədə o, Strasburqda gürcü jurnalistlərinə bildirib.

"Hesab edirəm ki, Gürcüstan alyansa üzvlük üçün Əməliyyat proqramı keçmədən NATO-ya üzv ola bilər. Texniki olaraq bu, tamamən mümkündür. Biz Gürcüstanın NATO-ya üzv olmasını tam olaraq dəstəkləyirik və mən qarşıdan gələn may iclasında bu məsələni qaldıracam”, - o, qeyd edib.

Nazir həm də bildirib ki, "əlbəttə, Türkiyə bu məsələdə heç bir zəmanət verə bilməz”. 

Bununla yanaşı, Çavuşoğlu əlavə edib ki, "Gürcüstan NATO-ya üzv olmağa layiqdir, belə ki, bütün tələblərə uyğundur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM