Türkiyədə terror: Ölənlər var

22:05 | 24.05.2016
Türkiyədə terror: Ölənlər var

Türkiyədə terror: Ölənlər var

Türkiyənin şərqində baş vermiş partlayış zamanı 5 hərbi qulluqçu ölüb, daha üçü isə yaralanıb, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.

Kustar üsulla düzəldilmiş partlayıcı qurğu Van əyalətində hərbi nəqliyyatın keçdiyi yolda işə düşüb. Xəsarət alan hərbçilər helikopter vasitəsi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Terror aktının arxasında PKK terror təşkilatının durduğuna dair versiya irəli sürülür. Hazırda regionda xüsusi əməliyyat keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM