• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada ABŞ koalisiyası irəliləyir

Suriyada ABŞ koalisiyası irəliləyir
06.06.2016 21:35
ABŞ koalisiyasının dəstəklədiyi Suriya müxalifət qüvvələri «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan Mənbic şəhərinə doğru irəliləyir. Mənbic Suriyanın şimalında yerləşir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı iyunun 5-də bildirib ki, Suriya Demokratik Qüvvələri (SDF) hücuma keçib və müxalif döyüşçülər Mənbicin beş kilometrliyinə yaxınlaşıb. Mənbic İŞİD-in əsas təchizat ərazisidir.

Son həftələr ərzində ABŞ koalisiyasının köməyi ilə kürd və ərəb silahlılarının birləşdiyi SDF alyansı Mənbic yaxınlığında xeyli irəliləyib.

Mənbic İŞİD-in nəzarətində olan Raqqa şəhərini Türkiyə sərhədi ilə birləşdirir. İŞİD bu xətlə təchizat əldə edir və əcnəbi döyüşçülər toplayır.

BMT-nin məlumatına görə, Mənbic ətrafındakı döyüşlər ucbatından azı 20 min nəfər evindən didərgin düşüb.

Suriyada 2011-ci ildə müharibə başlanandan azı 270 min nəfər ölüb, milyonlarla insan qaçqına çevrilib. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol