• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedyev azərbaycanlıya yüksək vəzifə verdi

Medvedyev azərbaycanlıya yüksək vəzifə verdi
02.02.2018 11:13
Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib.

Anews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur.  

"Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin olunsun”, – deyə sənəddə bildirilir.

RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir Maksim Oreşinin müavinlərinin sayı 11-ə çatıb.

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq.  

Bundan əvvəl Talıbov Rusiya Mərkəzi Bankının katibliyinin rəhbəri vəzifəsini tutub. İqtisadi İnkişaf Nazirliyində isə təyin olunduğu postda İqor Revanı əvəz edib.

Talıbov 1979-cu ildə anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2002-ci ildən 2008-ci ilə kimi İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərib. 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2012-ci ilin iyununda  Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. 2013-cü ilin iyul ayında Rusiya Mərkəzi Bankının Katibliyinin rəhbəri vəzifəsinə təyin edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol