• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb
27.03.2023 20:00
İsrailin ABŞ-dakı səfirliyi bağlanıb. Bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasından bildirilib.

Səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.

Ölkənin Vaşinqtondakı səfirliyi növbəti qərara qədər bağlı qalacaq, həmçinin konsulluq xidməti göstərilməyəcək.

Martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə kortəbii etirazlar başlayıb.

Qalant işdən çıxarılmamışdan bir gün öncə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Bundan sonra B.Netanyahu müdafiə nazirini istefaya göndərib.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol