• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Birliyi bundan imtina edir - MƏCBURİ

Avropa Birliyi bundan imtina edir - MƏCBURİ
03.03.2015 18:28
Bir il ərzində dünyada 300 milyon neylon torbanın istehsal edilməsi və bu rəqəmin hər il artması Avropa Birliyi ölkələrini hərəkətə gətirib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ətraf mühiti, insan və heyvan sağlamlığını təhdid edən neylon torba istehlakını azaltmaq məqsədilə Avropa Birliyi ölkələri bir sıra tədbirlərə əl atmaq  qərarına gəlib.

Brüsseldə bir araya gələn 28 Avropa Birliyi ölkəsinin rəsmiləri neylon torbadan istifadəni azaltmaq üçün bu mallara vergi tətbiqinin artırılmasına, qadağan edilməsinə və konkret hədəflər müəyyən olunmasına qərar verib. Avropa Birliyinin məlumatlarına görə, AB ölkələrində adambaşına ildə orta hesabla 200 neylon torba istifadə edilir, Almaniyada isə adam başına düşən neylon torba istifadəsi 71 ədəddirsə, Portuqaliya, Polşa və Macarıstanda bu say 500-ü keçir. Türkiyədə isə bir nəfərin ildə orta hesabla 312 ədəd neylon torbadan istifadə etdiyi bildirilib.

Alınan qərarlar çərçivəsində, Avropada adambaşına neylon torba istifadənin 2025 ili sonuna qədər 40 ədədə azaldılması məqsədi güdür. Federal Ətraf Mühit Dairəsi, alış-veriş mərkəzləri və geyim əşyaları satan mağazalarda neylon torbaların pulsuz verilməsi tətbiqinin dayandırılmasını təklif edib.

Alimlərin fikrincə, bir neylon torbanın təbiətdə məhv olması üçün 450 il lazımdır. Onların məhvi zamanı təbiətə çox təhlükəli qazlar buraxılır. Aparılan araşdırmaların nəticələrinə görə, bir il ərzində təkcə ABŞ-da 12 milyon barrel neftin belə torbaların istehsalı üçün istifadə edildiyi bildirilir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol