“Xortdanın cəhənnəm məktubları” “Известия Калмыкии” qəzetində - Fotolar

14:44 | 09.10.2015
“Xortdanın cəhənnəm məktubları”  “Известия Калмыкии” qəzetində - Fotolar

“Xortdanın cəhənnəm məktubları” “Известия Калмыкии” qəzetində - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni tamaşası – "Xortdanın cəhənnəm məktubları” haqqında daha bir xarici mətbu orqanda məqalə dərc olunub.

ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, ötən – 87-ci teatr mövsümündə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev tərəfindən hazırlanan və iki ölkə teatrı arasında bağlanmış yaradıcılıq müqaviləsinin uğurlu nəticəsi olan bu tamaşa artıq bir sıra ölkə və xarici kütləvi informasiya vasitələrində işıqlandırılıb.
 
"Известия Калмыкии” qəzetində dərc olunan "Письма из Ада” глазами Калмыцкого режиссера” başlıqlı növbəti  yazıda Boris Manciyevin əsərin ərsəyə gəlməsindəki yaradıcılıq prosesini əks etdirən müsahibəsi, Gövhərtac və Fərmanın saf sevgisi və bu sevgi ilə paralel inkişaf edən digər hadisələr yer alıb.     
Məlumat üçün bildirək ki, görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırlanmış "Xortdanın cəhənnəm məktubları” tamaşası haqqında ötən ay Kalmıkiyanın daha bir nüfuzlu - "Калмыцкая правда" qəzetində "Вечные истины в постановке Бориса Манджиева" yazısı nəşr edilib.
 
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb