Gövdəsi qaralan park ağacları: onları kim bu günə salır? - FOTOLAR

09:24 | 31.07.2015
Gövdəsi qaralan park ağacları: onları kim bu günə salır? - FOTOLAR

Gövdəsi qaralan park ağacları: onları kim bu günə salır? - FOTOLAR

Parklar insanların mütəmmadi olaraq gəzib əyləndikləri, dincəldikləri, körpələrini gəzdirməyə çıxardıqları məkanlardır. Hansımız tələbə olan vaxtlarımızda ağacların sərin kölgəsində olan skamerkalarda əyləşib dərslərimizi hazırlamamışıq, kitab oxumamışıq, dostlarımızla söhbətlər etməmişik ki?

Bu günlərdə yolumu şəhərin mərkəzi parklarından birindən - "Sahil" parkından saldım. İlk baxışdan park çox gözəl görünürdü: suçiləyən qurğunun ətrafa səpələdiyi su zərrələri insana rahatlıq, dinclik gətirirdi və sərinliyi də öz yerində. Lakin bağın içərilərinə doğru gedəndə gördüyüm mənzərə məni çox heyrətləndirdi. Gənclər öz rəssamlıq qabiliyyətlərini buradakı ağacların gövdəsində sınaqdan keçirmişdilər. Hələ adını bilmədiyim bir ağac vardı ki, kökündən ta yuxarıya qədər tamamilə yanıb qaralmışdı. Şəhərin düz mərkəzində, özü də hüquq mühafizə orqanının qabağında (parkın yaxınlığında Bakı şəhər Prokurorluğu yerləşir - F.N.) yerləşən parkdakı bu vəziyyət ürəkaçan deyildi. 

Təəssüflə buranı tərk etməyə hazırlaşırdım ki, parkın sonluğunda insanın gözünü oxşayan bir mənzərə ilə qarşılaşdım: topa-topa göyərçinlər qanad çalıb uçuşur, onlara tamaşa edən bir neçə şəhər sakini isə quşlara yem atırdılar, hamısının da simasında xoş bir təbəssüm vardı...

Fərqanə Novruzova
Fotolar müəllifindir

 
 






























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb