Yol polisi qəzada ağır yaralandı - Video

18:19 | 09.07.2021
Yol polisi qəzada ağır yaralandı - Video

Yol polisi qəzada ağır yaralandı - Video

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili ("Tır”) DYP avtomobilinə çırpılıb. Nəticədə, yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.

Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb