Ermənistan ordusu itki verdi

12:39 | 21.08.2017
Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ölüb.

AzVision.az xəbər verir ki, məlumatı "Tert.am”-a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

"Ermənistanın Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində itki var”- deyə Ovanisyan bildirib.

O, yaxın vaxtlarda rəsmi məlumatın olacağını bildirərək, hərbçinin ölümünə dair detalları açıqlamayıb.

"Armlur.am” saytının yaydığı məlumata görə, hərbi hissələrdən birində (Mehridə yerləşən hərbi hissə) müqaviləli hərbçi ölüb. Məlumata görə, hərbi qulluqçunun rütbəsi kapitan olub.

Ölüm səbəbinin intihar və silahdan ehtiyatsız davranma olması ilə bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM