"7 rayonumuz sülh yolu ilə geri qaytarıldı" - ATV-dən xəbər? - VİDEO

20:43 | 30.09.2018

"7 rayonumuz sülh yolu ilə geri qaytarıldı" - ATV-dən xəbər? - VİDEO

ATV-nin efirində Azərbaycanın erməni işğalı altında olan 7 rayonunun artıq sülh yolu ilə geri qaytarıldığı barədə sensasion fikirlər səsləndirilib. 

Demokrat.Az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan həmin videoda "ATV Xəbər"in aparıcı Lalə Azərtaş işğalı altında olan 7 rayonunun geri qaytarılması xəbərini tamaşaçılara çatdırmaq üçün vaxtından əvvəl günorta buraxılışının efirə yayımlandığını bildirir:

Daha sonra teleaparıcı deyir:

"Hamımızın gözlədiyi şad xəbəri eşidəcəyik bu gün. Ekranlara yaxın oturun. Axır ki, Qarabağımız, Laçınımız, Şuşamız və bununla bərabər 7 rayonumuz sülh yolu ilə geri qaytarıldı. Bəli, düz eşidirsiniz. Uzun illərdir ki, müharibə şəraitində olan Qarabağımız axır ki bizim lehimizə geri qaytarıldı".
 
Sözügedən görüntülərin nə zaman çəkilməsi bizə məlum deyil.

Həmin videonu oxuculara təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb