ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığına gətirib

14:29 | 06.04.2024
ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığına gətirib

ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığına gətirib

ABŞ və İsrail rəsmiləri aprelin 1-də Dəməşqdəki konsulluğuna hücumdan sonra İranın mümkün cavab hücumları ərəfəsində Yaxın Şərqdəki silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb. Bu barədə The New York Times (NYT) rəsmilərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ və İsrail İrandan mümkün cavab tədbirlərinə hazırlaşaraq silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Adı açıqlanmayan İsrail rəsmisinin sözlərinə görə, hakimiyyət döyüş hissələrində xidmət edən hərbi qulluqçuların məzuniyyətlərini ləğv edib, bəzi ehtiyatda olan əsgərləri hava hücumundan müdafiə bölmələrində xidmətə çağırıb və GPS siqnallarını tıxanmağa başlayıb. Anonim iki İran rəsmisi nəşrə təsdiqləyib ki, İran İsrailin təcavüzünün qarşısını almaq üçün "Dəməşqdəki hücuma birbaşa cavab verməlidir” qərarından sonra İslam respublikası bütün silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə salıb.

Qəzet amerikalı hərbi analitiklərin qiymətləndirmələrinə istinad edərək, zərbənin bölgədəki Amerika hərbçilərindən daha çox İsraili vura biləcəyini yazır. 
 
Bu tədbirlər İsrailin  aprelin 1-də Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı İran generalının ölümündən sonra İranın etdiyi təhdidlərə cavab olaraq qəbul edilib. 

İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) ictimaiyyətlə əlaqələr şöbəsi yeddi hərbi müşavirin - generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhiminin, həmçinin beş zabitin həlak olduğunu açıqlayıb.
 
İran İsrailin bu addımına qarşı cavab verəcəyini söz verib. 
 
Gülnar 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM