AMB-nin valyuta ehtiyatları artdı

18:30 | 01.09.2016
AMB-nin valyuta ehtiyatları artdı

AMB-nin valyuta ehtiyatları artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi artıb.

Bu barədə Oxu.Az AMB-ə istinadən xəbər verir. 

2016-ci il sentyabrın 1-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 192,5 milyon dollar təşkil edib. Bu, avqust ayının əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 milyon dollar çoxdur.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatları 42,7% və ya 3 milyard 122,9 milyon dollar azdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM