Ançelotti finalda PSJ ilə qarşılaşmaq istəyir

17:12 | 04.04.2014
Ançelotti finalda PSJ ilə qarşılaşmaq istəyir

Ançelotti finalda PSJ ilə qarşılaşmaq istəyir

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında sabiq komandası PSJ ilə qarşılaşmaq istəyir.Qol.Az-ın məlumatına görə, bu barədə Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi açıqlama verib.Onun sözlərinə görə Ançelotti bu istəyini ona mesajla bildirib: "Borussiya" ilə ilk oyundan dərhal sonra Ançelottiyə mesaj yazaraq onu qələbə münasibətilə təbrik etdim. O da mənə yazdığı cavabında finalda məhz PSJ ilə qarşılaşmaq istədiyini bildirdi".Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində "Real" öz meydanında "Borussiya"nı 3:0, PSJ isə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM