Avstriyada millətçi ölkə prezidenti seçilə bilər

22:25 | 23.05.2016
Avstriyada millətçi ölkə prezidenti seçilə bilər

Avstriyada millətçi ölkə prezidenti seçilə bilər

Vaxtından əvvəl poçtla göndərilmiş 900 min səs vəziyyəti dəyişə bilər.

Avstriyada millətçi "Azadlıq” partiyasını təmsil edən miqrasiya əleyhdarı və avroskeptik Norbert Hofer prezident seçkilərinin ikinci turunda qalib gələ bilər.

Oxu.Az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin səslərin hesablanması üzrə təqdim etdiyi ilkin məlumatlar da buna dəlalət edir.

Bununla yanaşı, vaxtından əvvəl poçtla göndərilmiş 900 min səs vəziyyəti dəyişə bilər – onların hesablanması bazar ertəsi başa çatacaq.

Yeni dövlət başçısının andiçmə mərasimi iyulda baş tutacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM