Aydın Əliyev: İxrac olunan məhsulların hamısı Azərbaycanındır

17:19 | 14.03.2016
Aydın Əliyev: İxrac olunan məhsulların hamısı Azərbaycanındır

Aydın Əliyev: İxrac olunan məhsulların hamısı Azərbaycanındır

Gömrük Komitəsinin rəhbəri Rusiya tərəfinin iddialarına cavab verdi.

Azərbaycanda gömrük tarifi haqqında qanun var. Və ölkədən ixrac olunan hər bir məhsul, o cümlədən aqrar məhsullar onun mənşə sertifikatı olduğu zaman rəsmiləşdirilir.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın aqrar məhsullarının Rusiya tərəfindən yoxlanması məsələsinə aydınlıq gətirərkən deyib. 

"Biz bu yaxınlarda ixrac əməliyyatlarını yoxlamışıq. Elə bir məhsul yoxdur ki, Azərbaycan mənşəyi olmadan Rusiyaya kənd təsərrüfatı məhsulu ixrac olunsun.

İxrac olunan məhsulların hamısı Azərbaycanındır. Sadəcə olaraq yoxlanış aparılması Rusiyanın Gömrük xidmətlərinin, o cümlədən Rosselxoznadzorun da hüququdur".

Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin (Rosselxoznadzor) mütəxəssisləri martın 14-dən 18-dək Azərbaycana gələcək və meyvə-tərəvəz məhsullarının yetişdirilmə, istehsal və saxlanma şəraitini təftiş edəcəklər. 

Belə ki, Rusiya tərəfi Azərbaycanın bu ölkəyə şəxsi istehsalı olan deyil, xaricdən gətirilmiş məhsulları təkrar ixrac etdiyini düşünür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb