Publika.az xəbər verir ki, bu haqda "İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, "Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.
Onun sözlərinə görə, bu sistemlər ilk dəfə "Ordu-2017” sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş "Buk-M3” zenit-raket kompleksi də nümayiş olunacaq.
S-500 "Prometey” S-500 və "Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.
Andrey Frolovun fikrincə, ən yeni zenit-raket sistemlərinin mümkün sifarişçilərin siyahısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, həmçinin Fars körfəzinin bəzi ölkələri - Küveyt, Səudiyyə Ərəbistanı və Qətər raket sistemlərinə maraq göstərə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !