Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir

14:08 | 14.03.2016
Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir

Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft-qaz və neft-kimya Kompleksinin tikintisi layihəsinin icrasını dayandırmayıb. 

"Report"un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. 

R.Abdullayev qeyd edib ki, layihəyə Çinin şirkətləri və ixrac-idxal bankları böyük maraq göstərir, onlarla danışıqlar aparılır: "Sadəcə, "Mitsui" şirkətinin təklifləri səmərəli hesab edilmədiyi üçün təklifin yenidən nəzərdən keçirilməsi bildirilib. Təkliflər yenidən baxıldıqdan, onlarla danışıqlar aparılacaq". 

Şirkət rəhbəri həmçinin bildirib ki, SOCAR Rusiya və İrandan 3 mlrd. kubmetr həcmində təbii qazın alınması üçün danışıqlar aparır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb