Azərbaycanın UNESCO-da t'msilçisi Almaniyaya gedib

12:20 | 24.06.2017
Azərbaycanın UNESCO-da t'msilçisi Almaniyaya gedib

Azərbaycanın UNESCO-da t'msilçisi Almaniyaya gedib

Azərbaycan hökuməti tərəfindən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun tarixlərində Almaniyada səfərdə olub.
 
Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər P. Bülbüloğlunun UNESCO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.
 
Səfər çərçivəsində Polad Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər Nazirliyində UNESCO üzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və onun müavini Yohannes Kars, Federal Kansler Administrasiyasında Orta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri Knut Abraham və Qlobal Məsələlər, BMT və İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.
 
Görüşlər zamanı Polad Bülbüloğlu UNESCO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet və təkliflərini sadalayıb.
 
Eyni zamanda, Almaniya tərəfinin UNESCO məsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM