Azercell texnoloji bilgilərin inkişafına dəstək göstərməkdə davam edir

15:07 | 17.04.2015
Azercell texnoloji bilgilərin inkişafına dəstək göstərməkdə davam edir

Azercell texnoloji bilgilərin inkişafına dəstək göstərməkdə davam edir

Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verib. Şirkət bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir.

 Belə ki, 14 aprel tarixində Azercell, Keytorc, UX Azerbaijan, Azerbaijan Testing Board (ATB) təşkilatlarının təşkilatçılığı ilə Xəzər Universitetində keçirilən SDLC (Software development Life Cycle), Realities and Experiences (Proqram Təminatının İnkişaf Mərhələləri, Reallıqlar və Təcrübə) adlı konfrans keçirilib.

Azercell-in 3 əməkdaşı şirkəti təmsil edərək konfransda iştirak edib, tələbələrə bu sahədə maraqlı məlumatlar təqdim ediblər.

Baş tutmuş tədbirdə Azercell-in əməkdaşı Cavid Kərimov şirkətdə tətbiq olunan "Proqram Təminatının İnkişaf Mərhələləri haqqında tələbələrə ətraflı məlumat verərək, məhsullarının keyfiyyəti ilə hər zaman fərqlənən Azercell-in bu uğuru necə əldə etdiyindən danışıb.

Şirkətin digər bir əməkdaşı Emil İsmayılxanov isə UX, User Experience – İstifadəçi Təcrübəsindən, bu sistemin Azercell-də qurulması, mərhələləri, istifadə edilən əlavələr və proqram təminatları haqqında söhbət açıb. Bu sistemin tətbiq olunmasından əvvəl müştəri və onun istəkləri, spesifik müştəriyə yönəlik kimi xüsusiyyətlərinin olduğuna görə müştərilərin şirkətin xidmətlərindən daha rahat və əlverişli şəkildə yararlanması üçün əhəmiyyətli olduğunu bildirib.

Tətbiqi proqramların sınaqdan keçirilməsinin şirkətlərdəki hazırkı durumu, mütəxəssislər üçün lazımı biliklər və Test işinin universitetlərdə təbliği haqqında isə şirkətin Texniki departamentinin digər əməkdaşı Ilham Seyidnurov bəhs edib.

Tədbirdə, eyni zamanda tələbələrin Azercell-in Proqram Təminatının İnkişaf Mərhələləri və Məhsulların sınaqdan keçirilməsi ilə bağlı sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Xəzər Universitetində 2011-ci ildə E-learning otağı açılıb,eyni zamanda Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM