Bakı-Vaşinton gərginliyinə çalışan Smit kimdir?

14:38 | 11.05.2018
Bakı-Vaşinton gərginliyinə çalışan Smit kimdir?

Bakı-Vaşinton gərginliyinə çalışan Smit kimdir?

Helsinki Komissiyasında, həmişəki kimi, Azərbayacana qarşı qərəzli yanaşmalar yer alıb. Başqa cür ola da bilməzdi. Çünki ABŞ-ın Helsinki Komissiyasına rəhbərlik edən şəxs konqresmen Kristafor Smit 1992-ci ildə azadlığa müdaxilə aktına 907-ci bədnam düzəlişin əlavə edilməsinin təşəbbüskarlarından biridir.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov ABŞ-ın Helsinki Komissiyasının "Azərbaycanda seçkilər və fundamental azadlıqlar” mövzusunda keçirdiyi dinləmələrdə "Azərbaycan tərəfdən” anti-Azərbaycan qüvvələrin iştirakına şərait yaradılmasına münasibət bildirərkən deyib.

E.Nəsirov bildirib ki, ABŞ-ın Helsinki Komissiyasında növbəti dəfə Azərbaycanla bağlı keçirilən dinləmələr məzmun baxımından bundan öncəkilərdən seçilməyib. Onun sözlərinə görə, K.Smit Azərbaycana qarşı ABŞ-ın dövlət səviyyəsində iqtisadi yardımlara qadağa qoyulmasını ehtiva edən sənədin hazırlanmasında yaxından iştirak edib:

"Həmin Kristafor Smit qondarma erməni soyqırımının ABŞ-ın ayrı-ayrı yerlərində, eləcə də dünyada tanıdılması istiqamətində çox böyük canfəşanlıq edən, təpədən-dırnağa qədər ermənipərəst bir siyasətçidir. Onu da vurğulayım ki, 2015-ci ilin dekabrında o "Azərbaycanda demokratiya aktı” adlı qanunvericilik təşəbbüsü ilə Konqresdə çıxış edib. Bu arada yüksək rütbəli Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsini özündə əks etdirən bir sənəd idi. Həmin sənəd təbii ki, Konqresdən keçə bilmədi. Amma Smit hər zaman çalışıb ki, Bakı-Vaşinqton münasibətlərində gərginlik yaratsın, Azərbayacanda insan hüquq və azadlıqlarının guya ki, çox bərbad vəziyyətdə olması ilə bağlı ictimaiyyətdə yanlış fikir formalaşdırsın”.

Deputat əlavə edib ki, K.Smitin rəhbərliyi altında olan komissiyanın həyata keçirdiyi dinləmələrin anti-Azərbaycan məzmunlu olacağını öncədən də proqnozlaşdırmaq olar:

"Sözügedən dinləmələrdə xüsusilə son zamanlar Azərbaycana qarşı təhqirləri ilə gündəmə gələn Orduxan Teymurxan və Emin Milli dəvət alıb. Sual yaranır ki, siz Azərbaycanla bağlı dinləmələr həyata keçirirsinizsə, Azərbaycana qarşı həqarətli çıxışları ilə dolu olan bu iki nəfəri niyə dəvət edirsiniz və ya niyə alternativ mənbələr dəvət etmirsiniz? Niyə hakimiyyətin təmsilçilərindən, eyni zmanda, Azərbaycandakı vətəndaş cəmiyyəti institutlarından olan şəxsləri dinləmələrə çağırmırsınız? Öncədən bilirlər ki, Kristafor Smit nə deyirsə, bu iki dönük də onu təkrarlayacaq. Ona görə də bu insanları dəvət ediblər”.

E.Nəsirovun sözlərinə görə, Azərbaycan ictimaiyyəti də K.Smiti çox gözəl tanıyır və hər kəs bilir ki, o, yalınız özükimiləri dinləmələrə dəvət edir, erməni maraqlarına xidmət edir:

"Sapı özümüzdən ola baltalara üzümü tutub demək istəyirəm ki, siz məgər bilmirsinizmi ki, Amerika Erməni Milli Komitəsinin məşhur rəhbərlərindən olan Aram Xamparyan həmin bu Kristafor Smitlə şəkil çəkdirib və Tvitter hesabında paylaşıb yazır ki, onlar görüşlər keçirirlər və erməni işi ilə bağlı çox ciddi müzakirələr aparırlar?!

Bizim milli dönüklər Smitin və onun ən yaxın dostlarının erməni lobbisinin, diasporunun rəhbərləri olduğundan doğrudanmı xəbərsizdirlər? Deməli, onlar əslində erməni dəyirmanına su tökməklə məşğul olan xəyanətkardırlar. Xalqımız onları belə tanıyıb. Ona görə də Smitin rəhbərliyi altında ABŞ Helsinki Komissiyası gündə 100 dəfə də iclaslar keçirsə, Azərbaycan ictimaiyyəti üçün bunun heç bir təsiri olmayacaq. Onlar erməni lobbisinə xidmət göstərən şəxslərdir. Milli dönüklərimnizlə birləşib anti-Azərbaycan fəliyyəti ilə məşğuldurlar. Xalqımız çox gözəl dərk edir ki, Smitin rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Azərbaycan xalqı arasında birliyi pozmaqdır”.

Qeyd edək ki, ABŞ-ın Helsinki Komissiyasının "Azərbaycanda seçkilər və fundamental azadlıqlar” mövzusunda dinləmələrdə keçirib və Azərbaycan tərəfdən dinləmələrə hakimiyyətə qarşı söyüş kampaniyasının başında gələnlər qatılıb.

Onlar çıxışlarında Azərbaycana qarşçı sanksiyalar tətbiq edilməsini istəyiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM